Bakı Metropoliteni yeni xətdə sərnişin sıxlığı problemini həll edəcək

Bakı Metropoliteni yeni xətdə sərnişin sıxlığı problemini həll edəcək
Bütün Xəbərlər
14:03 08.11.2013
864

Pik saatlarında Bakı Metropoliteninin stansiyalarında sərnişin sıxlığı onunla əlaqədardır ki, platformalar cəmi beş vaqonun dayanmasına hesablanıb. 

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, metropolitenin qatarlar arasında hərəkətin minimum intervalını 2 dəqiqə etmək imkanı var və buna da riayət edilir: "Sıxlıq yalnız stansiyada 5 vaqonun yerləşməsi imkanı ilə bağlıdır".

T.Əhmədov qeyd edib ki, tikilən "bənövşəyi" xətdə stansiyalar 7 vaqonu qəbul edə biləcək: "Lakin ilkin olaraq xətlə beş vaqondan ibarət heyət hərəkət edəcək və sərnişin axının artması halında yeni xətdə qatara əlavə 2 vaqon qoşula biləcək".

OXŞAR XƏBƏRLƏR