Binanın qalan hissəsi yanğından mühafizə olunub
Bakı şəhəri, Binəqədi rayonunda tikilməkdə olan, ümumi sahəsi 800 kv.m olan yeni metropoliten binasında yanğın baş verib. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:36 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.