Bakı metropolitenində köşklərin yığışdırılması barədə - AÇIQLAMA

Bakı metropolitenində köşklərin yığışdırılması barədə - AÇIQLAMA
Bütün Xəbərlər
00:04 12.03.2014
1084
"Bakı Metropoliteni" QSC metropoliten ərazisində ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacaq.Qurumun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib.
OXŞAR XƏBƏRLƏR