Bakı metropolitenində növbəti nasazlıq

Bakı metropolitenində növbəti nasazlıq
Bütün Xəbərlər
11:15 17.02.2012
1666

Bakı Metropoliteninin fəaliyyətində yenə problemlər meydana çıxıb. Bu gün saat 10.30 radələrində metro qatarlarının hərəkətində kəsintilər qeyd alınıb. Bu barədə "Yeni Müsavat"ın reportyoru Etibar Seyidağa məlumat verib.

Əməkdaşımızın sözlərinə görə, o, bu gün işə gələrkən "Dərnəgül-Həzi Aslanov" stansiyaları arasında işləyən qatar "Elmlər Akademiyası" və "Nizami" stansiyaları arasında ilişib qalıb. Sərnişinlər qatarın 1-2 dəqiqədən sonra hərəkətə gələcəyini düşünsələr də, bu, 20 dəqiqədən artıq çəkib və təbii olaraq vətəndaşlar arasında narazlılıq, eləcə də təşviş yaranıb.

Reportyorumuzun sözlərinə görə, qatarın gecikməsinin səbəbləriilə bağlı sərnişinlərəməlumat verilməyib.

Əməkdaşlarımız aidiyyatı strukturla əlaqə saxladıqdan sonra əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR