Bakı Metropolitenində problem - YENİLƏNİB

Bakı Metropolitenində problem - YENİLƏNİB
Bütün Xəbərlər
10:03 12.09.2014
922
Sərnişinlər qatardan çıxarıldı.
“Bakı Metropoliteni” baş vermiş hadisə barədə açıqlama verib.
10:30
AZXEBER.COM xəbər verir ki, bu gün metroda baş vermiş hadisə barədə Milli.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin bildirdiyinə görə, problem artıq aradan qaldırılıb və heç bir gecikmə yoxdu.
“Bu gün saat 9:12 radələrində “Həzi Aslanov” və “İçərişəhər” stansiyaları arasında hərəkət edən qatarda problem yaranıb. “Koroğlu” stansiyasında sonuncu qatarın qapıları açılıb bağlandığından sərnişinlər qatardan boşaldılıb.
Problemli qatar göndərilib depoya, əvəzinə isə xəttə yeni qatarlar buraxılıb. Hal-hazırda heç bir problem yoxdu, qatarlar arasında isə 5 dəqiqə vaxt itkisi olub”.
10:03
Bakı Metropoliteninin “Koroğlu” stansiyasında qatarların birində nasazlıq yaranıb.
AZXEBER.COM xəbər verir ki, Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “İçərişəhər” istiqamətində gedən qatarda 6-7 dəqiqə platformada dayanıb.
Yaranan problem aradan qaldırılmadığından sərnişinlər qatardan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR