Bakı Metropolitenində təmir

Bakı Metropolitenində təmir
Bütün Xəbərlər
10:33 07.01.2015
852
İdarə yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.
Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin AZXEBER.COM-a verdiyi məlumata görə, bununla bağlı bütün hazırlıqlar görülüb. 08.01.2015-ci il tarixdən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. 07.02.2015-ci il tarixinə qədər eskalatorun yenidən istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.
“Bakı Metropoliteni” QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR