Bakı Metropoliteninin stansiyalarında simsiz internet – Wi-Fi şəbəkəsi qurulacaq. Bu barədə Lent.az-a Metropoliten idarəsindən məlumat verilib. İlk mərhələdə metronun paytaxtın mərkəzindəki stansiyalarında və yenidənqurmadan sonra «Məşədi Əzizbəyov» stansiyasında Wi-Fi şəbəkəsinin qurulması nəzərdə tutulur. Hazırda bu layihə Metropoliten idarəsində nəzərdən keçirilir.