Bakı Metropolitenindən daha bir yenilik

Bakı Metropolitenindən daha bir yenilik
Bütün Xəbərlər
11:20 18.12.2012
1799
Qış mövsümü ilə əlaqədar paytaxt nəqliyyatının aparıcı qolu olan Bakı metropoliteninin gücləndirilmiş iş rejimində işləyir və ehtiyat işçi qüvvəsi ayrılıb. AZXEBER.COM-un Metropolitenin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən həftə keçirilən müşavirədə metropoliten rəisi Tağı Əhmədov qışın astanasında hazırlıqla bağlı ehtiyat tədbirlərin görülməsi ilə bağlı göstəriş və tövsiyələrini verib.  Yol xidmətinin rəisi Akif Zeynalov qışın ən çox maneələr törədə biləcəyi və “Nərimanov” elektrik deposu və “Bakmil” stansiyasının açıq havada yerləşən dəmir yollarında qarla mübarizə üçün avadanlıqların hamısının hazır vəziyyətə gətirildiyini, təftiş edildiyini bildirib. Onun xahişinə əsasən, metropoliten rəisi bəzi əlavə tədbirlərin görülməsini də məsləhət görüb. İlk qarın yağması barədə əvvəlcədən meteoroloji proqnozları əldə etdiklərini deyən yol xidmətinin 2 saylı distansiyasının rəisi Amil Nəsirov bu günlərdə başçılıq etdiyi sahə gücləndirilmiş iş rejimində çalışır və ehtiyat işçi qüvvəsi ayrıldığını bildirib. Onlar təlimatlandırılaraq, bütün mexanizm, avadanlıq və alətlərlə təchiz olunublar. Bu ərəfədə yüksək təzyiqli hava borularının yararsız olanları yenilənib.
OXŞAR XƏBƏRLƏR