Bakı Metropolitenindən sərnişinlərə xoş xəbər

Bakı Metropolitenindən sərnişinlərə xoş xəbər
Bütün Xəbərlər
15:27 08.08.2012
3367

Bakı Metropoliteni sentyabrın 17-də yenidənqurmadan sonra əsas mərkəzi stansiyalardan biri olan "28 May" stansiyasının əsas girişini istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakı Metropolitenindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda girişin yenidən qurulması və eskalatorun dəyişdirilməsi üzrə fəal işlər görülür.

"28 May" stansiyasının əsas girişi sərnişinlərin istifadəsi üçün sentyabrın 17-nə (bazar ertəsi) təsadüf edəcək tədris ilinin əvvəlində açılacaq", - mənbə qeyd edib.

OXŞAR XƏBƏRLƏR