Bakı Metropoliteninin iki yeni deposu tikilir

Bakı Metropoliteninin iki yeni deposu tikilir
Bütün Xəbərlər
17:52 07.11.2013
1086

Bakı Metropoliteninin iki yeni deposu tikilir

Hazırda Bakı Metropoliteninin Xocasən qəsəbəsinin ərazisində inşa etdiyi «Xocasən» deposunda ilkin inşaat mərhələsi başa çatmaq üzrədir və tezliklə əsas tikinti mərhələsi başlayacaq. Bundan başqa, ikinci – «Dərnəgül» deposunun da inşası sürətlə davam etdirilir.Məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Metropoliten rəisi deyib ki, hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. Belə ki, «Dərnəgül» deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək.

Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub. (APA)

OXŞAR XƏBƏRLƏR