Bakı Metropoliteninin yeni binası belə olacaq - FOTOLAR
Bütün Xəbərlər
11:14 22.05.2012
2260
Bakının Nəsimi rayonu ərazisində Bakı Metropoliteninin texnoloji binası inşa olunur. Bunu day.az saytına metropolitenin rəis müavini Arif Rəsulov bildirib. O, tikinti işlərinin intensiv şəkildə aparıldığını söyləyib:"Məlum olduğu kimi, metronun yeni stansiyaları, yeni xətlər tikilir və bütün bunlar avadanlıqların sayının artmasına səbəb olur. Bu qurğular artıq köhnə binalara yerləşmir. Bu üzdən texnoloji binanın inşasına qərar verilib".A.Rəsulovun sözlərinə görə, binanın tikintisi başa çatdırıldıqdan sonra struktur oraya köçürüləcək: "Bütün dispetçer məntəqələri, idarəetmə sistemləri texnoloji korpusda yerləşəcək. Onun 2-ci mərtəbəsində metro işçilərinin ofisləri, 3-4-cü mərtəbələrdə dispetçer məntəqələri olacaq. Yeni korpusun 2013-cü ildə istismara verilməsi nəzərdə tutulub".