"Bakı Metropoliteni”nin yeni sədrindən mühüm göstərişlər

"Bakı Metropoliteni”nin yeni sədrindən mühüm göstərişlər
Bütün Xəbərlər
16:52 04.03.2014
2785
Zaur Hüseynovun bu gün səhərdən axşama qədər idarənin struktur heyətini qəbul edib
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun yeni iş reyinin struktur üzvlərini ilə tanış olub.
Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, Zaur Hüseynovun bu gün səhərdən axşama qədər idarənin struktur heyətini qəbul edib, onlarla görüşlər və təqdimatlar keçirib. Zaur Hüseynov həmçinin təqdimatlar zamnı "Bakı Metropoliteni” QSC-nin struktur üzvlərinə göstərişlər verib. Həmçinin yeni sədrin bu gün yeni vəzifəsi ilə əlaqədar olaraq bir sıra mühüm göstərişlər də verdiyi bildirilir. Zaur Hüseynovun struktur üzləri ilə görüşü hazırda davam edir.
Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
OXŞAR XƏBƏRLƏR