Bakı metrosu keçmişə qayıdır

Bakı metrosu keçmişə qayıdır
Bütün Xəbərlər
12:50 24.04.2014
1478
Mətbuat xidməti: "Metroda yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq"
Bakı Metrosunda reklam lövhələri yenidən bərpa ediləcək.
AZXEBER.COM bildirir ki, bu barədə Movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, hazırda metrodakı reklamların yığışdırılması prosesi davam edir: "Hətta metrostansiyalarda proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq. Amma daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada reklamlar vurulacaq".
Mətbuat xidmətindən onu da bildirdilər ki, qatarlarda isə reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil:
"Hazırda metroda təmizlik, restavrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq".
OXŞAR XƏBƏRLƏR