Bakı metrosu qaranlığa qərd oldu

Bakı metrosu qaranlığa qərd oldu
Bütün Xəbərlər
14:25 10.02.2015
744

“İşıqların sönməsi qatarların hərəkətinə heç bir təsir göstərməyib”.

Bu gün saat 13:30 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında işıqlar sönüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, işıqların sönməsinə səbəb gərginliyin düşməsi olub:

“Gərginliyin düşməsi səbəbindən stansiyada işıqlar sönüb, eskalator dayanıb”.

QSC rəsmisi əlavə edib ki, işıqların sönməsi qatarların hərəkətinə heç bir təsir göstərməyib.//oxu.az

OXŞAR XƏBƏRLƏR