Bakı metrosu "rekord" vurur

Bakı metrosu "rekord" vurur
Bütün Xəbərlər
12:38 19.07.2015
4519
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Sərnişinlərin publika.az-a verdikləri məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasında qatar 19 dəqiqə gecikib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiq edib. Onun sözlərinə görə, 34 saylı xətt üzrə hərəkət edən qatarda yaranmış nasazlığa görə sərnişinlər "20 Yanvar" stansiyasında düşürülüblər.
"Qatar depoya yola salındığından "Elmlər Akademiyası"nda dayanmayıb. Ona görə də sərnişinlər gecikmə olduğunu düşünüblər", - Paşayev əlavə edib.
N.Paşayev hazırda problem olmadığını və bayram günləri ilə əlaqədar metroda sıxlıq yaşanmadığını da bildirib.
OXŞAR XƏBƏRLƏR