Bakı metrosunda bu da oldu: İt metroya mindi - FOTOLAR

Bakı metrosunda bu da oldu: İt metroya mindi - FOTOLAR
Bütün Xəbərlər
12:58 07.08.2014
7334
Bakı metrosunda növbəti dəfə maraqlı anlar yaşanıb. 
AZXEBER.COM xəbər verir ki, bu dəfə sərnişin metroya itlə daxil olub. Hadisə şahidlərinin dediyinə görə, metroda polis sərnişinə yaxınlaşaraq itin insanları dişləyib-dişləmədiyi ilə maraqlanıb, sərnişin isə cavabında "yox" cavabını verib. Bundan sonra sərnişin itlə metroya buraxılıb.
İçərişəhər metrosunda metroya daxil olan sərnişin Xalqlar Dostluğu metrostansiyasına qədər gedib. 
Qeyd edək ki, Bakı metropolitenindən istifadə qaydalarından göstərilir ki, metroya hər hansı heyvanla, o cümlədən itlə girmək qadağandır. Ancaq görünən odur ki, metro əməkdaşları və polis işçiləri bu qərardan xəbərsizdilər. 
Həmin fotonu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR