Bakı Metropolitenində vaqonun qapılarını açmağa çalışan və qatarın yola düşməsini ləngidən şəxslər cərimələnir.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddə mövcuddur.
AR İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, qatarın yola düşməsini ləngitməyə görə, şəxs 50 manat məbləğində cərimə edilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev AZXEBER.COM-a bildirdi ki, qanunvericiliyə uyğun tədbirlər görülür.
Aydın Nuri