Bakı metrosunda çəkilən qeyri-adi - FOTO

Bakı metrosunda çəkilən qeyri-adi -  FOTO
Bütün Xəbərlər
12:15 12.12.2013
6062

Dekabrın 11-də Bakı Metropolitenində problem yaranıb.

"20 Yanvar" stansiyasından "İnşaatçılar" stansiyasına qədər qatar açıq qapı ilə hərəkət edib. Maşinist vaqonun qapısını bağlamağa cəhd etsə də, bu heç cürə alınmayıb.

Bir müddət hərəkətsiz qalan qatar, yoluna açıq qapı ilə davam etməli olub. Lakin bu zaman vaqonda olan sərnişinlər "maşinistlə əlaqə" düyməsini basaraq maşinistin qatarı durdurmasını tələb ediblər. Vaqonda həddindən çox sərnişinin olması təhlükəli anların yaranmasına səbəb olub. Qatar "İnşaatçılar" stansiyasına çatanda bütün sərnişinlər qəzalı vaqonu tərk ediblər. Maşinistlər yenidən vaqonun qapısını bağlamağa cəhd göstərsələr də, bu heç cürə alınmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropolitenindən münasibət öyrənməyə çalışsaq da bu heç cürə alınmadı. (musavat.com)

OXŞAR XƏBƏRLƏR