Bakı Metropoliteninin «28 May» stansiyasında yanvarın 21-dən başlanacaq təmir işləri sentyabrın 15-dək yekunlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.T.Əhmədovun sözlərinə görə, «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışı 2-2,5 il ərzində hazır olacaq.Metropoliten rəisi onu da açıqlayıb ki, yanvarın 1-dən metroda qapıların tutulub saxlanılması ilə bağlı cərimələrin tətbiqinə başlanılıb: «Eyni zamanda, metroda siqaret çəkən, metronu zibilləyən şəxslər 35 manat cərimə olunacaq. Bunların hər biri İnzibati Xətalar Məcəlləsində əksini tapıb».//APA