Sərnişinlər birbaşa polis və dispetçerlə əlaqə saxlaya biləcək
Bakı metrosunda daha bir yenilik tətbiq edilir. Metroda həyəcan baş verən zaman xəbər vermək üçün xüsusi qurğu quraşdırlır. Artıq metronun “Gənclik” stansiyasında belə bir qurğunun quraşdırılmasına başlanıb. Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov faktı təsdiq edədək bildirib ki, sərnişinlərdə narahatlıq yaradan, həyəcan doğuran hal baş verdikdə, dərhal əlaqə saxlanılması üçün xüsusi qurğuların quraşdırılmasına başlanıb. Onun sözlərinə görə, həmin qurğular metronun bütün stansiyalarında olacaq. Sərnişinin siqnalı dərhal polisə və dispetçer məntəqəsinə ötürüləcək. E.Muradov əlavə edib ki, yeni qurğu barədə ətraflı məlumatı işlər başa çatdırılandan sonra vermək mümkün olacaq.
Milli.az