Bakı metrosunda gediş haqqı ödənilməsində yenilik edilib. Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, dekabrın 17-si saat 06:00-dan etibarən sərnişinlərin istifadə etdikləri təmassız kartlara yüklənmiş məbləğ, gedişlərin sayı kimi yox, pul vahidi kimi ifadə olunur. Onun sözlərinə görə, kartlara dekabrın 17-dək yüklənmiş gedişlərin sayına müvafiq olan məbləğdən istifadə etdikləri hər bir gediş üçün 20 qəpik çıxılacaq.Xidmət rəisi qeyd etdi ki, post terminallarda və PKAY aparatlarında aparılan əməliyyatlarda gediş haqqı say yox, məbləğ kimi göstəriləcək. Turniketlərdən keçən zaman kartlardakı gedişlər avtomatik olaraq pul vahidinə çevriləcək.