Bakı metrosunda sərnişinləri qorxuya salan hadisə baş verib.
AZXEBER.COM-un daimi oxucusunun göndərdiyi eksklüziv videoda, sərnişinlərdən biri qıcolma keçirir. Ətrafdakı insanlar gəncə kömək etməyə çalışsalar da təəcili yardımın gec gəlməsi vəziyyəti gərginləşdirib.
Adının açıqlanmasını istəməyən oxucumuz göndərdiyi məktubda təəcili tibbi yardımla gələn növbətçi həkimlərin xəstəyə yanaşmasının da maraqlı məqamları olduğunu qeyd edib:
"Təəcili yardım gələnə kimi biz həmin şəxsə kömək etdik. Təəcili yardımda gələndən sonra xəstəyə yardım göstərən sərnişinlərdən birinin şəxsiyyət vəsiqəsini də aldılar. Xəstəyə isə baxan yox idi".
AZXEBER.COM portalı həmin videonu təqdim edir.