Bakı metrosunda dəhşət dolu anlar yaşandı

Bakı metrosunda dəhşət dolu anlar yaşandı
Bütün Xəbərlər
21:10 03.10.2011
3111
40 dəqiqə tuneldə qalmış qatarı başqa qatarın köməyi ilə dartıb çıxartdılar Bu gün saat 18 radələrində Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. AZXEBER.COM-un məlumatına görə “Lent.az-ın əməkdaşının verdiyi məlumatda saat 18:00-da “Sahil” stansiyasından tərpənən qatar “28 May” istiqamətində hərəkətini dayandırıldığı qeyd olunub. Təxminən 40 dəqiqə tuneldə hərəkətsiz qalan qatardakı sərnişinlərə anons verilib ki, texniki nasazlıq baş verib və qatarın hərəkəti tezliklə bərpa olunacaq. Bakı Metropolitenin baş mühəndisi Elbrus Muradov da insidentin baş verməsi xəbərini təsdiqlədi. Onun sözlərinə görə, həmin qatarda texniki nasazlıq baş verib və tuneldə ilişib: “Biz ora başqa bir qoşqu qatar göndərmişik ki, hərəkətsiz vaqonları tərpətsin. Tezliklə problem aradan qalxacaq”.
OXŞAR XƏBƏRLƏR