Bu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, metronun “Həzi Aslanov” stansiyasında 11-12 yaşlı oğlan platformadan relslərin üstünə yıxılıb. Dərhal yaxınlıqdakı insanlar yeniyetmə oğlanı yaxınlaşmaqda olan qatarın altında qalmaqdan xilas ediblər. Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə zamanı yeniyetmə oğlan, xoşbəxtlikdən, ciddi xəsarət almayıb.