Bakı metrosunda dəhşətli anlar: yaşlı qadın relsə düşdü

Bakı metrosunda dəhşətli anlar: yaşlı qadın relsə düşdü
Bütün Xəbərlər
13:02 09.05.2013
11674

Bu gün səhər saatlarında Bakı metrosunda hadisə baş verib.

AZXEBER.COM-un “ANSPress”ə istinadən verdiyi xəbərə görə, “Memar Əcəmi” stansiyasında bir qadın müvazinətini itirərək platformadan yıxılıb və relslərin üzərinə düşüb.Çox keçmədən həmin qadın metropoliten işçilərinin səyi nəticəsində platformaya çıxarılıb. Bu müddət ərzində isə qatar tuneldə saxlanılıb və platformaya girməyib.Məlumata görə, yıxılan qadın 66 yaşlı Zərnişan Qafarəliyevadır. Onun hipertoniya xəstəsi olduğu məlum olub.Qeyd edək ki, qadına tibbi yardım göstərilib və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.

OXŞAR XƏBƏRLƏR