“Sən niyə polis çağırırsan ki, istəyirsən özüm çağırım elə...”
Bakı metropolitenində biabırçı hadisə baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, azyaşlı dilənçilər metroda vaqonun içinə daxil olaraq vətəndaşların üstünə cumub, ayaqlarından yapışıb və bildiriblər ki, “pul verməsən gedən deyiləm”.
Vətəndaşlar isə həmin dilənçilərə, “durmasan, indi polisi çağıracam” desə də, dilənçi cavabında “Sən niyə çağırırsan ki, istəyirsən özüm çağırım elə...” deyə bildirib.
Qeyd edək ki, son zamanlar Bakı metropolitenindən istifadə edən sərnişinlər metroda dilənçilərin çoxalmasından şikayət edirlər.(oxu.az)