Bakı metrosunda ‘falçı’ tutuldu

Bakı metrosunda ‘falçı’ tutuldu
Bütün Xəbərlər
10:49 25.04.2012
1954

Aprelin 9-da Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun "Elmlər Akademiyası" stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Bu barədə çərşənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Metropolitendə PŞ-nin Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Samirə Karpenko aprelin 24-də tutulub.

OXŞAR XƏBƏRLƏR