Hər gün Bakı metrosu ilə bağlı mətbuatda müxtəlif tipli xəbərlər yayımlanır. Bu xəbərlərdən çoxu metroda baş verən texniki nasazlıqlar olsa da, bəzən sərnişinlərin də davranış qaydalarına əməl etməmələri ilə bağlı da müxtəlif məlumatlar yayımlanır.
Bu məlumatlardan biri də AZXEBER.COM portalının redaksiyasına daxil olan videodur. Videoda metroya minən gəncin hamının yanında tum çırtlayaraq qabıqlarını yerə tökməsidir. Digər sərnişin isə həmin anı telefonu ilə lentə alıb.
Videonu izlədikdən sonra ortaya belə bir sual çıxır. Sizcə bu gəncin etdiyi hərəkətə hansı adı vermək olar?
Həmin videonu əlavə şərh vermədən diqqətinizə çatdırırıq: