Bakı metrosunda gərgin anlar: nə baş verir?

Bakı metrosunda gərgin anlar: nə baş verir?
Bütün Xəbərlər
13:27 27.03.2014
4958
Bu gün günorta saatlarında metronun “20 Yanvar” stansiyasında tüstülənmə olub
Bu gün metronun “20 Yanvar” stansiyasında gərgin anlar yaşanıb. Sərnişinlərin verdiyi məlumata görə, təxminən bir saat əvvəl “20 Yanvar” stansiyasında vaqonda qəfildən tüstülənmə baş verib.Sərnişinlər bildirib ki, qapılar bağlanan kimi vaqon tüstü ilə dolub və sərnişinlər vaqondan çıxarılıblar.Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz uğuruz oldu. Belə ki, metropolitenin mətbuat xidmətindən suallarımıza cavab verən olmadı. Lakin metropoliten rəhbərliyindən ANS PRESS-ə verilən məlumata görə, deyilənlərin hamısı yalandır.““20 Yanvar” stansiyasında heç bir problem olmayıb. Yayılan məlumatların hamısı şayiədir”.
OXŞAR XƏBƏRLƏR