Bakı metrosunda hadisə - Səhər saatlarında... - VİDEO

Bakı metrosunda hadisə - Səhər saatlarında... - VİDEO
SOSİAL
11:38 27.10.2021
784
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti”nə verdikləri məlumata görə, hadisə "28 may” stansiyasında qeydə alınıb.

Stansiyada eskalator qəfil dayanıb. Nəticədə vətəndaşlar arasında çaşqınlıq yaşanıb.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni” ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, eskalator təhlükəsizliyin təmin olunması səbəbindən dayandırılıb.

"Saat 10:59-da cavan yaşlarında kişi yıxılıb. Dərhal eskalator dayandırılıb. Yıxılan sərnişin xəsarət almayıb və həkim köməyindən də imtina edib”, - deyə Bəxtiyar Məmmədov bildirib.
OXŞAR XƏBƏRLƏR