Bakı metrosunda hamı dəhşətə gəldi: Qatar azyaşlını sürüklədi- VİDEO

Bakı metrosunda hamı dəhşətə gəldi: Qatar azyaşlını sürüklədi-  VİDEO
Bütün Xəbərlər
00:25 14.01.2015
8832

8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb.

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasında olduqca təhlükəli insident yaşanıb.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.

Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib.

Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.

OXŞAR XƏBƏRLƏR