Bakı metrosunda həyəcanlı dəqiqələr yaşandı

Bakı metrosunda həyəcanlı dəqiqələr yaşandı
Bütün Xəbərlər
02:28 14.03.2012
2817

Bu gün Bakı metropoliteninin “Sahil” stansiyasında xoşagəlməz hadisə baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, stansiyanın platformasından qalxan eskalatorda 4-5 yaşlı uşağın ayağı pilləkənlərin arasında qalıb. Bu zaman uşağın yanındakı ailə üzvləri səs-küy salmağa başlayıblar. Eskalatorun fəaliyyəti dərhal dayandırılıb. Bu zaman isə eskalatordakı insanlar, təxminən 15-20 nəfər bir-birinin üstünə yıxılıb.

Eskalator saxlanıldıqdan sonra uşağın sıxılmış ayağı pilləkənlər arasından çıxarılıb.
OXŞAR XƏBƏRLƏR