Bakı metrosunda karantini pozan 5 nəfər barəsində cinayət işi başlanıldı

Bakı metrosunda karantini pozan 5 nəfər barəsində cinayət işi başlanıldı
SOSİAL
19:36 03.06.2020
778

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri - Tatyana UlankinaRamin BaxışovAllahverdi İmanquliyevŞirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR