Bakı metrosunda nasazlıq - Hərəkət dayandı

Bakı metrosunda nasazlıq - Hərəkət dayandı
Bütün Xəbərlər
20:23 19.09.2015
1563

Bu gün 19 radələrində qatarların hərəkətində problem yaranıb. Buna səbəb "Həzi Aslanov"-"İçərişəhər" xətti ilə hərəkət edən qatarda nasazlığın baş verməsi olub.

"Bakımetropoliteni" QAC-ın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev musavat.com-a açıqlamasında bildirib ki, "İçərişəhər" stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Buna görə də "İçərişəhər"- "Həzi Aslanov" xəttində qatarların hərəkətində fasilə yaranıb.

Nesimi Paşayev 19:04-19:16 saatlarında hərəkətin dayandığını bildirib.

Problem aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

OXŞAR XƏBƏRLƏR