Bakı Metropoliteninin “Neftçilər” stansiyasında oğurluğa cəhd edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı keçiddə paytaxt sakini Dürdanə Həbibova Könül Musayevə məxsus köşkdən piştaxtanın üzərindən 105 manat oğurlamağa cəhd edib. Polislər D.Həbibovanı yaxalayıb.