Heyvanın tunelə necə girməsi məlum deyil.
Oxucularımızdan biri Bakı Metropoliteninin Qara Qarayev stansiyasında çəkilmiş videonu bölüşüb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, kadrlardan pişiyin relslərlə yanaşı qaçmağı görünür. Metro sərnişinlərinin bütün səylərinə baxmayaraq, pişiyi çıxarmaq mümkün olmur və o, yoluna davam edərək tunelə daxil olur.
Pişiyin tunelə necə düşməsi məlum deyil, heyvanı özünü hadisə yerinə çatdıran Bakı metrosunun əməkdaşları xilas edirlər.
Həmin videonu təqdim edirik.