Bakı metrosunda platformalar sərnişinlərlə doldu, xeyli insan huşunu itirdi

Bakı metrosunda platformalar sərnişinlərlə doldu, xeyli insan huşunu itirdi
Bütün Xəbərlər
11:04 06.10.2011
2782
Platformalar sərnişinlərlə doldu, xeyli insan huşunu itirdi
Bu gün səhər saatlarında Bakı Metropolitenində növbəti insident baş verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Həzi Aslanov-Dərnəgül xəttində 12-15 dəqiqə gecikmə olub. Sərnişinlər metronun “Nərimanov” və “Gənclik” stansiyalarının arasındakı tuneldə dayanmış qatarda qalıblar. Həmçinin “28 May” stansiyasından hər iki istiqamətə gedən sərnişinlər xeyli gözləməli olublar. Nəticədə stansiyalarda sıxlıq yaranıb, həm tuneldə ilişib qalmış qatarlarda hava çatışmazlığından, həm də, platformalardakı sıxlıqdan xeyli insan özünü pis hiss edib. Huşunu itirənlər olub.
Verilən digər məlumata görə isə, hadisəyə səbəb xətt üzrə hərəkət edən qatarlardan birinin maşinistinin özünü pis hiss etməsi olub. Bakı metropoliteninin baş mühəndisi Elbrus Muradov isə bu gün səhər saatlarında metronun işində hər hansı ciddi problemin yaranmadığını dedi.
OXŞAR XƏBƏRLƏR