Bakı metrosunda polislə sərnişin arasında dava- TƏFƏRRÜAT

Bakı metrosunda polislə sərnişin arasında dava- TƏFƏRRÜAT
Bütün Xəbərlər
21:08 19.01.2015
2246
Bu gün metronun 20 yanvar stansiyasında polislə vətəndas arasında insident baş verib.
AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının dediklərinə görə, hadisə axşam saatlarında metronun 20 Yanvar stansiyasında baş verib.
Polisin metronun girişində duran oğlandan niyə orda durmasını soruşması ilə narazılıq başlayıb . Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra polis həmin oğlanı otağına aparmaq istəyərkən insident daha da böyüyüb.
Hadisə şahidinin dediklərinə görə polis otağından oğlanın döyülmək səsləri gəlib. Bu zaman metroda olan sərnişinlərin bəziləri polis otağına girib.
Bunu görən polis insanları otaqdan çıxarıb.
Hadisənin polis bölməsində araşdırılacağı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR