Bakı metropoliteninin fəaliyyətində problem yaranıb.
AZXEBER.COM Sivil.az-a istinadən xəbər verir ki, hazırda İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb.
Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edir.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sivil.az-a bildirib ki, Sahil stansiyasında su axıntısında artım müşahidə olunub. Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, hazırda 28 May İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. Həzi Aslanovdan gələn qatarların Nizami stansiyasında dalandan geri qaytarılır. Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.