Bakı metrosunda problem yarandı - Yenilənib

Bakı metrosunda problem yarandı - Yenilənib
Bütün Xəbərlər
11:25 19.02.2013
1738

Artıq platformalarda insan əlindən tərpənmək olmur. Bakı metrosunda bu səhərdən etibarən qatarların hərəkətində böyük ləngimə var. Milli.Az-ın əməkdaşının verdiyi məlumata görə, qatarlar hər stansiyada ən azı 3-4 dəqiqə ləngiyir. Platformaya daxil olan qatarların vaqonlarında isə yer olmadığından sərnişinlər növbəti qatarı gözləməyə məcbur olurlar. Beləliklə, sıxlıq artır. Artıq platformalarda insan əlindən tərpənmək olmur. Səbəblərini öyrənməyə çalışacağıq. *** Bakı Metropolitenində bu gün yaranmış gərginlik və sərnişin sıxlığı ilə əlaqədar qrumun rəhbərliyi ilə əlaqə saxladıq. Bakı Metropoliteninin hərəkət xidmətinin rəis müavini Elşad Musayevin ANS PRESS-ə açıqlamasında heç bir problem olmadığını bildirdi. “Metropolitenin işçiləri, polislər hər bir stansiyada hərəkətə nəzarət edir. Sərnişinlərə köməklik göstərirlər. Sərnişinlərdə də böyük günah var. Saatlarla avtobuslarda maşın gözləmək, avtobuslarda sallana-sallana getməkdən metro daha rahatdır. Vaqonların qapılarını tutub saxlayırlar. Metroda heç bir sərnişin sıxlığı yoxdur və sərnişinlər rahat şəkildə Bakı metrosundan istifadə edirlər”, - deyə Elşad Musayev bildirdi.

OXŞAR XƏBƏRLƏR