Bakı metrosunda problem yaranıb

Bakı metrosunda problem yaranıb
Bütün Xəbərlər
10:11 24.04.2013
2584
Bu gün səhər saatlarında Bakı Metropolitenində gərgin anlar yaşanıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, bir neçə stansiyada sərnişinlərin sıxlığı müşahidə olunub. Bundan başqa, müxtəlif istiqamətlərdə qatarlar tuneldə qalıb. Bəzi stansiyalarda isə qatarlar platformalarda dayanıb. Problem əsasən “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində baş verib.Bakı Metropoliteninin hərəkət xidməti rəhbərinin müavini Etibar İsayev ANS PRESS-ə açıqlamasında bildirib ki, problem “Koroğlu” stansiyasında yaranıb. Metropoliten rəsmisinin sözlərinə görə, qatarda yaranmış problem nəticəsində ləngimələr yaranıb.
OXŞAR XƏBƏRLƏR