Noyabrın 25-i səhər təqribən 9:00 radələrində Bakı Metropolitenində qatarların hərəkət cədvəlində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar təqribən 10 dəqiqə “İnşaatçılar” stansiyasında qalıb.Əks istiqamətdə hərəkət edən qatar isə bir müddət “Nəriman Nərimanov”, “Gənclik” və “28 May” stansiyaları arasındakı tunellərdə, həmçinin “Koroğlu” stansiyasında dayanıb.Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Gün.Az-a bildirib ki, qatarların hərəkətində yaranan gecikmənin səbəbləri barədə hazırda onda məlumat yoxdur.