Bakı metrosunda sərnişinlərin əsəbləri tab gəlmədi

Bakı metrosunda sərnişinlərin əsəbləri tab gəlmədi
Bütün Xəbərlər
10:22 06.11.2014
2556
Qatar sərnişinləri boşaldıb dalana verilməklə daha sonra depoya göndərilib.
Bakı metrosu bu gün növbəti dəfə sərnişinlərin əsəbləri ilə oynayıb. Bu gün səhər saat 08 radələrindən başlayaraq metronun “Həzi Aslanov”- “Dərnəgül” stansiyasında sərnişinlər adətən 15-20 dəqiqəyə qət etdikləri yolu 45 dəqiqəyə gediblar.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qatar metronun “28 May” stansiyasına qədər tuneldə və stansiyalarda ləngimələrlə hərəkət edib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, bu gün saat 07:21 dəqiqədə 12 saylı marşrutun son vaqonunda nasazlıq qeydə alınıb. “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Qara Qarayev” stansiyasında sərnişinləri boşaldıb dalana verilməklə daha sonra depoya göndərilib.
Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib.
OXŞAR XƏBƏRLƏR