Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üstündə yıxılıb

Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üstündə yıxılıb
Bütün Xəbərlər
14:09 02.12.2013
885
Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üzərinə ə düşüb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 1-də saat 18 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb. Lerik rayon sakini Əfsər Bayramov sərxoş halda qatar xəttinə yıxılaraq xəsarət alıb. Ə. Bayramov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR