Bakı metrosunda şübhəli çanta qorxu dolu anlar yaşatdı - VİDEO

Bakı metrosunda şübhəli çanta qorxu dolu anlar yaşatdı -  VİDEO
Bütün Xəbərlər
16:58 03.01.2015
4506

Metronun “Dərnəgül” stansiyasında vaqonların birində sahibsiz çanta aşkarlanıb.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, sərnişinlər çantanın sahibsiz olduğunu görüblər. Bir müddət sonra isə sahibsiz çanta sərnişinlər arasında qorxulu anlar yaşadıb.

Sərnişinlərdən biri isə həmin çantaya yaxınlaşaraq onu açır. Hadisə şahidlərindən biri həmin anları lentə də alıb.

Qeyd edək ki, Bakı metropolitenində sərnişinlərin ən çox narazılığına səbəb olan hallardan biri də, metropoliten ərazisində geniş yoxlanışların aparılmamasıdır.

OXŞAR XƏBƏRLƏR