Bakı metrosunda təhlükəsizlik daha da gücləndirildi – Yeni aparatlar quraşdırılır (FOTO)

Bakı metrosunda təhlükəsizlik daha da gücləndirildi – Yeni aparatlar quraşdırılır  (FOTO)
Bütün Xəbərlər
11:54 02.12.2015
1557

Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

Dünəndən başlayaraq metronun bir neçə stansiyasında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb. Aparatlar “20 yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında yerləşdirilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, yeni aparatların quraşdırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. "Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir və bizim işimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır",-deyə N.Paşayev vurğulayıb. Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində lazım olan bütün tədbirlər görülür və bundan sonra da davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR