Bakı metrosunda üçüncü qadın maşinist işə başladı

Bakı metrosunda üçüncü qadın maşinist işə başladı
SİYASƏT
13:24 06.03.2026
309
Bakı metrosunda üçüncü qadın maşinist fəaliyyətə başlayıb.

AZXEBER.COM xəbər verir ki, Bakı Metropoliteni tərəfindən təşkil edilən növbəti təlim kursunu uğurla başa vuran maşinistlər peşə fəaliyyətinə başlayıblar.

Məlumata görə, 6 ay davam edən kursun nəticələrinə əsasən 6 gənc Bakı Metropoliteninin Təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuraraq qatar maşinisti peşəsinə yiyələnib.

Martın 6-da keçirilən tədbirdə gənc maşinistlərə vəsiqələri təqdim olunub.

Qeyd edək ki, yeni məzunlar arasında bir qadın da var. Bununla da Bakı metrosunda fəaliyyət göstərən qadın maşinistlərin sayı üçə çatıb. 

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Səriyyə Vəlizadə 2015-2019-cu illərdə Ekologiya ixtisası üzrə bakalavr təhsili alıb.
 

 


OXŞAR XƏBƏRLƏR