Bakı metrosunda unikal eskalator

Bakı metrosunda unikal eskalator
Bütün Xəbərlər
08:00 23.10.2012
1755
Bakı metrosunun “28 May” stansiyasının eskalatorları dəyişdirilsə də, bəzi problemlər sərnişinləri narahat edir. Oxucuların verdiyi məlumata görə, eskalatorun sürahisi insanın rahat dayanmasına imkan vermir. Sürahidan əli tutanda, dayanmaq olmur. Sürahi əli dartır, özün isə arxada qalırsan. Sonda isə əli sürahidan buraxmaq məcburiyyətində qalırsan.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov eskalatorun sürahisi ilə pilləkənlərinin sürəti arasında fərq olmasını təsdiqlədi. Baş mühəndis bildirdi ki, metronun "28 May" stansiyasında eskalatorlardan birində sürahi pilləkənlərdən tez hərəkət edir və əl tutanda az da olsa, irəli çəkir. Buna səbəb həmin eskalatorda pilləkənlə sürahinin mühərriklərinin başqa olmasıdır.
E.Muradovun sözlərinə görə, həmin eskalator unikaldır: “28 May stansiyasında 4 eskalator var. Onlardan 3-ü həm aşağı, həm də yuxarı istiqamətdə işləyir. Lakin sağ tərəfdə olan və sürahisi qabağa gedən eskalator ancaq aşağıya işləyir. Həmin eskalator çox unikal bir sistemlə işləyir. Demək olar ki, cərəyan işlətmir. Çox qənaətlidir. Orada dartı mühərriki generatora çevrilir. Cərəyanın yaratdığı maqnit sahəsi eskalatoru işlədir”.
Metronun “Sahil” stansiyasının eskalatorlarına gəlincə, E.Muradov əlavə etdi ki, hazırda işlər davam etdirilir: "Orada eskalatorlardan biri təmir olunub. Digər ikisi mərhələli yolla təmir olunur. Noyabrın sonunadək işlərin tam başa çatdırılması nəzərdə tutulub".
//milli.az
OXŞAR XƏBƏRLƏR