Bakı metrosunda yaşanan panikanın - VİDEOSU

Bakı metrosunda yaşanan panikanın -  VİDEOSU
Bütün Xəbərlər
10:20 17.04.2014
1891
Bu gün Bakı metropolitenində sərnişinlər üçün çətin anlar yaşanıb.Metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasındakı tuneldə həyəcanlı anlar yaşanıb. Qatarın düz yarım saat ləngiməsi vaqondakı sərnişinləri lap təşvişə salıb. Çünki deyilənə görə, buna qədər də qatar 2 dəfə dayanıb. Sosial şəbəkələrdə paylaşılan bu videodan da görünür ki, vaqonda sıxlıq yaşanır və sərnişinlər narahatdır.Sərnişinlərin dediyinə görə, qatarın maşinisti xətdəki texniki nasazlığa görə, sakinlərə ləngiyəcəklərilə bağlı xəbərdarlıq da edib. Nasazlığın aradan qaldırılması məqsədilə qatar “Əhmədli” stansiyasına gətirilərək sərnişinlər düşürdülüb.Metropolitendən verilən son məlumata görə, qatar tuneldə hərəkətini dayandırmaq məcburiyyətində olub. Çünki müəyyən texniki problemlər yaranıb. Nasaz qatar sərnişinləri “Əhmədli” stansiyasında düşürəndən sonra təmir üçün depoya aparılıb. Hazırda Bakı metropolitenində bütün stansiyalarda qatarlar normal qrafik üzrə öz işlərini davam etdirirlər.
OXŞAR XƏBƏRLƏR