Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasında növbəti dəfə bərpa işlərinə ehtiyac duyulub.
AZXEBER.COM-un verdiyi məlumata görə, stansiyanın parkda yerləşən çıxışının yan şüşələri çıxarılıb. Şüşələrin nə üçün çıxarılması ilə bağlı dəqiq məlumat əldə edə bilməsək də, bu, “Azadlıq prospekti” metrosunda birinci hal deyil.
Əraziyə baxış keçirən əməkdaşımızın sözlərinə görə, buna qədər daha bir dəfə su keçirməsi səbəbindən şüşələr dəyişdirilib. Bundan başqa, stansiyanın açılışından az müddət sonra metro çıxışının yerləşdiyi parkda və stansiyanın platformasında çöküntülər meydana gəlib. Budəfəki halın da müəyyən nasazlıqla bağlı olması istisna deyil.
Qeyd edək ki, 2009-cu il, dekabrın 30-da istifadəyə verilən “Azadlıq prospekti” metro stansiyası Azərbaycanda ilk sütunsuz platformalı metrostansiyadır.
Ceyhun
Fotolar müəllifindir